XXI əsrin ən aşağı temperaturu qeydə alındı

27.02.2018 - 10:11

Bir neçə gündən bəri Rusiyanın Sibir regionundan Avropa istiqamətində hərəkət edən aşağı təzyiqli hava kütlələri Avstriya ərazisində temperaturun kəskin düşməsinə səbəb olub

Avstriyalı sinoptiklər fevralın 25-dən 26-na keçən gecəni zarafatyana Avstriyada XXI əsrin ən soyuq gecəsi adlandırıblar. Alp dağlarında yerləşən Sonnblik metroloji stansiyasında civə sütunu son iyirmi ilin ən aşağı göstəricisini (-30,6 dərəcə) qeydə alıb.

Yaşayış məntəqələri içərisində isə ən aşağı temperatur İtaliya ilə həmsərhəd Karintiya əyalətindəki Flattnits qəsəbəsində (-25,4 dərəcə) müşahidə olunub.

Sinoptiklərin məlumatına görə, arktik hava şəraiti öz zirvə nöqtəsinə həftənin çərşənbə axşamı çatacaq. Həmin gün paytaxt Vyanada temperaturun -20 dərəcəyədək düşəcəyi, dağlıq ərazilərdə isə yeni rekordun qeydə alınacağı gözlənilir. (Azərtac)

Short URL: http://www.cumhuriyyet.net/?p=114107

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31