Boltun müqavilə imzaladığı klub müəyyənləşdi
Yüngül atletika karyerasını başa vuran olimpiya çempionu, məşhur sprinter Useyn Boltun müqavilə imzaladığı futbol klubunun adı müəyyənləşib.
Qol.az-ın xəbərinə görə, 31 yaşlı idmançı CAR çempionatının lideri “Mamelodi Sandaunz”da oynayacaq. Bu barədə klubun “Tvitter” səhifəsi məlumat yayıb.
Xatırladaq ki, U.Bolt ötən il Londonda keçirilən dünya çempionatından sonra ciddi zədəyə görə atletika karyerasını bitirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=114157