ABŞ Venesuela neftinin idxalına qadağa qoymaq istəyir
ABŞ hökuməti Venesuelanın PDVSA (“Petróleos de Venezuela, S.A.”) dövlət şirkətinə qarşı sanksiya tətbiq etmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyinə hökumətə yaxın mənbə bildirib.
Bununla belə, onun sözlərinə görə, qadağa barədə yekun qərar hələlik qəbul olunmayıb.
Xatırladaq ki, ötən ayın əvvəlində ABŞ-ın dövlət katibi Reks Tillerson Venesuelaya neft embarqosunun tətbiqi imkanlarının nəzərdən keçirildiyini bildirmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=114361