“Barselona” “Atletiko”nu məğlub edib, Messi karyerasında 600-cü qolunu vurub – VİDEO
Futbol üzrə İspaniya çempionatının 27-ci turunda “Barselona” öz meydanında “Atletiko”nu qəbul edib.
“Report” xəbər verir ki, “Kamp Nou” stadionunda keçirilən görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Matçda yeganə qolu 26-cı dəqiqədə cərimə zərbəsindən Lionel Messi vurub. Bu, onun bütün rəsmi turnirlərdə vurduğu 600-cü qol olub. Messi bu qollardan 539-nu 13 ildir şərəfini qoruduğu Kataloniya klubunda, 61-ni isə Argentina millisinin heyətində aktivinə yazdırıb.
Bu məğlubiyyət “Atletiko”nun Primeroda altı oyunluq qələbə seriyasına son qoyub.
“Barselona” qələbə sayəsində xallarının sayını 69-a çatdırıb və turnir cədvəlində liderliyini daha da möhkəmləndirib. “Atletiko” (61) ikinci yeri tutur.
İspaniya – Primero. 27-ci tur
“Barselona” – “Atletiko M” – 1:0
Qol: 1:0 – Messi – 26
Short URL: http://www.cumhuriyyet.net/?p=114625