Şəhriyar Məmmədyarov Mixail Talın xatirəsinə həsr olunmuş turnirində ikinci olub

05.03.2018 - 10:15

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə keçirilən sürətli şahmat turnirində ikinci yeri tutub.

“Report”un məlumatına görə, bugünkü qarşılaşmalarda 33 yaşlı qrossmeyster qara fiqurlarla israilli Boris Gelfand və rusiyalı Yan Nepomnyaşi ilə heç-heçə etsə də, ağ fiqurlarla digər rusiyalı Daniel Dubova uduzub.

Nəticədə Sergey Karyakin (Rusiya) və Hikaru Nakamura (ABŞ) ilə birgə hərəyə 5 xal toplayan Məmmədyarov yalnız hindistanlı keçmiş dünya çempionu Vişvanatan Ananddan geri qalıb. Anand 6 xalla turnirin qalibi olub.

Qeyd edək ki, martın 5-də 13 turdan ibarət blits turnir keçiriləcək. Martın 10-da isə Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində start götürəcək İddiaçılar Turnirinə qatılacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=114629

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31