BƏƏ Türkiyə seriallarının yayımını dayandırdı

05.03.2018 - 17:17

BƏƏ ilə Türkiyə arasında olan böhran mediaya da təsir edib.

Avropa.info xəbər verir ki, siyasi gərginlik mühitində Dubayın MBC telekanalı türk seriallarının yayımını dayandırıb.

MBC ona bağlı bütün kanallara ikinci əmr gələnədək bütün türk seriallarını dayandırmaq əmri verib. Kanal nümayəndəsi faktı təsdiqləyib, lakin izahat verməyib. O, 6 serialın efirdən yığışdırıldığını bildirib.

“MBC də daxil olmaqla bir çox ərəb ölkəsində türk seriallarının efirdən yığışdırılması ilə bağlı media orqanları qərar verib” – BBC kanalına danışa MBC nümayəndəsi Mazen Hayek belə deyib.

O, bu qərarın “daha keyfiyyətli ərəb serialları” çəkməyə imkan yaradacağını bildirib.

Kanalın qərarı sosial şəbəkələrdə böyük etirazla qarşılanıb.

Qeyd edək ki, türk serialları ərəb kanallarının ən çox izlənilən proqramları arasına daxil idi.

Short URL: http://www.cumhuriyyet.net/?p=114681

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31