Suriyada təyyarə qəzasında ölən general 20 yanvarda Bakıya yeridilən QRU dəstəsində olub

07.03.2018 - 13:26

Ötən gün Rusiya Müdafiə Nazirliyinin Suriyadakı Hmemymim aviabazası yaxınlığında qəzaya uğramış An-26 təyyarəsinin göyərtəsində olan 39 hərbçidən biri, general-mayor Vladimir Yermeyev 1990-cı ilin yanvarında Bakıya yeridilən QRU xüsusi təyinatlı dəstələrinin tərkibində olub.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, general Yermeyev Sverdlovskdakı Suvorov hərbi məktəbinin məzunudur. 2012-ci ildə o, əlahiddə Sevastopol Qırmızı ulduzlu motoatıcı briqadasının komandiri təyin edilib.

2016-cı ildə prezident Vladimir Putin ona general-mayor hərbi rütbəsi verib. Putinin bu barədə fərmanı 2016-cı il dekabrı 12-də dərc edilib. Habelə Aleksandr Saverin “Rusiyanın hərbi xüsusi təyinatlıları. QRU-dan olan nəzakətli adamlar” kitabından məlum olur ki, Vladimir Yermeyev xüsusi təyinatlıların tərkibində Əfqanəstanda xidmət edib. 1980-ci illərin sonları, 1990-cı illərin əvvəllərində Gürcüstan, Azərbaycan, o cümlədən Dağlıq Qarabağ və Cənubi Osetiya bölgələrində “konstitusion qaydaların təmin edilməsində” iştirak edib.

Xatırladaq ki, 1990-cı ilin yanvarında SSRİ silahlı qüvvələrinin Baş qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) xüsusi təyinatlı dəstələri ordu hissələrindən əvvəl Bakıya yeridilib və bir sıra diversiyalar, o cümlədən televiziyanın enerji blokunun partladılması əməliyyatını həyata keçirib. Daha sonra QRU xüsusi təyinatlıları Dağlıq Qarabağ və Ermənistanla sərhəd bölgələrdə də asayişi təmin etmək üçün istifadə olunmuşdu.

Short URL: http://www.cumhuriyyet.net/?p=114894

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31