Alp dağlarının ətəyində qeyri-adi ada – FOTO

12.03.2018 - 09:55

Sloveniyanın şimalında, Alp dağlarının ətəyində yer alan Bled adası bənzərsiz gözəlliyi hər kəsi heyran edir.

Trend-in məlumatına görə, mənzərəsi ilə hər kəsi heyran edən Bled gölü və gölün ortasındakı eyniadlı ada paytaxt Lyublyanadan təqribən bir saatlıq məsafədə yerləşir.

Bled gölü Buzlaşma dövründə yaranmış bir göldür. Bu səbəbdən Bled adasında həmin dövrdən əvvələ aid insan izləri aşkar edilməyib.

Adada bir kilsə və 99 pillədən ibarət pilləkən var. Bəyin gəlini bu 99 pilləni qucağında qaldırmasının yeni cütlüklərə xoşbəxtlik gətirəcəyi ilə bağlı inanc var.

Hazırda Bled gölü və adası Sloveniyaya gələn turistlərin ən çox üz tutduğu yerlərdən biridir.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=115164

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31