İtaliya çempionatı: “Napoli” “İnter”lə heç-heçə edərək liderliyini itirib – VİDEO

12.03.2018 - 10:00

 Futbol üzrə İtaliya “A” Seriyasında 28-ci tura yekun vurulub.

“Report” xəbər verir ki, son oyun günündə mərkəzi görüş Milanın “San-Siro — Cuzeppe Meatsa” stadionunda “İnter” və çempionatın lideri “Napoli” arasında baş tutub və 0:0 hesablı heç-heçə ilə bitib.

“Napoli” heç-heçədən sonra xallarının sayını 70-ə çatdırıb və liderliyini itirərək ikinci pilləyə düşüb. “İnter” 52 xal ilə beşinci pillədə qalıb.

“Napoli” növbəti matçını evdə “Cenoa” ilə, Milan “İnter”i isə səfərdə “Sampdoriya” ilə keçirəcək. Hər iki qarşılaşma martın 18-də olacaq.

İtaliya çempionatı. 28-ci tur

“İnter” – “Napoli” – 0:0

“Verona” – “Kyevo” – 1:0

Qol: Karaççialo, 52

“Roma” – “Torino” – 3:0

Qollar: Manolas, 56, De Rossi, 73, Pelleqrini, 90+3

“Fiorentina” – “Benevento” – 1:0

Qol: Vitor Hüqo, 25.

“Krotone” – “Sampdoriya” – 4:1

Qollar: Trotta, 6, 36, Stoyan, 23, Viviano, 85 (aq) – Sapata, 69

“Sassuolo” –”SPAL” – 1:1

Qollar: El-Babakar, 31 – Antenuççi, 27

“Bolonya” – “Atalanta” – 0:1

Qol: de Ron, 83

“Yuventus” – “Udineze” – 2:0

Qollar: Dibala, 29, 49

“Cenoa” – “Milan” – 0:1

Qol: Andre Silva, 90+4

Short URL: http://www.cumhuriyyet.net/?p=115175

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31