İranda qəzaya uğramış Türkiyə təyyarəsində olan sərnişinlərin yanmış meyitləri tapılıb

12.03.2018 - 10:10

Xilasedicilər Türkiyənin İranda qəzaya uğramış “Bombardier Challenger 600” təyyarəsinin göyərtəsində olan 3 heyət üzvü və 8 sərşinin yanmış meyitini aşkar ediblər.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, tapılmış qalıqların tanınması üçün DNK analizinə ehtiyac var.

Axtarış-xilasetmə əməliyyatlarına ümumilikdə bir neçə xüsusi briqada, həmçinin alpinist və yanğınsöndürənlər cəlb olunub. Təyyarənin qalıqları dəniz səviyyəsindən təqribən 400-500 metr yüksəklikdə, əməli olaraq uçurumun kənarında aşkar olunub.

“Hadisə yerində yanğın hələ də, davam edir və mütəxəssislər qeyd edirlər ki, ərazi şəraitinə görə yanğının yayılması təhlükəsi var”, – deyə TASS “Fars”a istinadən xəbər verir.

Short URL: http://www.cumhuriyyet.net/?p=115180

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31