Dubay əmirinin qızı fransız casusla qaçıb – VİDEO

16.03.2018 - 11:48

Birləşmiş Ərəb Əmirliyinin baş naziri Məhəmməd bin Rəşid əl-Maktumun 33 yaşlı qızı Lətifə ölkədən qaçıb

Oxu.Az xəbər verir ki, bu barədə “New York Post”-da məlumat yayılıb.

Ölkədən qaçmış əmirin qızı öldürüləcəyi və ya başına başqa bir bədbəxt hadisənin gələcəyi təqdirdə, insanların həqiqəti bilməsi üçün videomüraciət hazırlayıb.

Videoda gənc qadın ölkəsində normal şəkildə yaşaya bilmədiyini ona görə, qaçmaq qərarına gəldiyini bildirib. Lətifənin sözlərinə görə, o zəngin şeyxin 30 övladından biridir.  Bundan əvvəl bacısının da oxşar səbəblərə görə ölkədən qaçdığını bildirib.

Əmirin qızı iddia edir ki, Dubayda ona  seçim imkanı verilmir, avtomobil sürmək qadağan olunur, şəxsi həyatı isə ciddi nəzarət altındadır.

Lətifəyə ölkədən qaçmağa keçmiş fransız casusun kömək etdiyi bildirilir. “The Daily Mail”in iddiasına görə, əmirin qızı Hindistanın cənub sahillərinə istitqamət alan yaxtada gizlənir. Onun ABŞ-dan siyasi sığınacaq istəyəcəyi bildirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=115601

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930