Londondan bəyanat: Qluşkov öldürülüb

16.03.2018 - 21:22

London polisi Boris Berezovskinin dostu və işgüzar tərəfdaşı Nikolay Qluşkovun ölümü ilə bağlı cinayət işinə “qətl” maddəsi üzrə başlayıb. Virtualaz.org “Meduza”ya istinadən xəbər verir ki, bu barədə Skotland-Yardın məlumatında bildirilir. Ekspertiza göstərib ki, Qluşkov boğulma nəticəsində dünyasını dəyişib.

“Araşdırmaya rəhbərlik edən Terrorçuluqla mübarizə üzrə London polis idarəsi hazırda cənab Qluşkovun ölümünü qətl hadisəsi hesab edir”, – Skotland-Yard bildirib. İlkin olaraq Qluşkovun intihar etdiyi düşünülürdü. Xatırladaq ki, Qluşkovun meyitini ona baş çəkməyə gedən qızı Natalya evdə aşkar edib.

Natalya Qluşkova haqda məlumatlara görə onun haradasa 30 yaşı var, Moskva Dövlət Universitetini sosiologiya üzrə bitirib. Daha sonra London Vestminister universitetind təhsil alıb. Virtualaz.org araşdırıb ki, Natalya Qluşkovanın Azərbaycanla əlaqələri də var. O, Bakıda 2013-cü ildə açılan və eksklüziv kişi aksessuarları mağazasının həmsahibidir. Söhbət Bakının mərkəzində, A.Əlizadə küçəsində, Fransa səfirliyi yaxınlığında yerləşən “Vault Prive” kişi aksessuarları butikindən gedir.

Short URL: http://www.cumhuriyyet.net/?p=115664

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31