Abramoviç “Çelsi”dən məhrum ola bilər

17.03.2018 - 11:37

Rusiya-Britaniya münasibətlərində  yaşanan gərginlik İngiltərənin “Çelsi” klubunun aqibətinə də təsir edə bilər.

Oxu.Az “The Times”-a istinadən xəbər verir ki, Britaniya hakimiyyəti Roman Abramoviçin adı çəkilən klubunu müsadirə edə bilər.

Böyük Britaniya “Skripal işi” ilə bağlı gərginlik fonunda, korrupsiyada adı hallanan rusiyalı biznesmenlərə qarşı sərt ölçülər qəbul etməyi planlaşdırır. Müxtəlif sanksiyaların tətbiqi, o cümlədən aktivlərin müsadirəsi nəzərdə tutulur.

“The Times”da dərc olunan məqalənin müəllifinə görə, hakimiyyətin sanskiyaları Roman Abramoviçdən də yan keçməyəcək.

Roman Abramoviç “Çelsi” klubunun nəzarət paketinə 2003-cü ildə sahib olub. 15 il ərzində rusiyalı biznesmen kluba 3 milyard dollara yaxın kapital yatırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=115703

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31