“Qarabağ” məşhur futbolçunu transfer edir (RƏSMİ)

23.03.2018 - 16:36
“Qarabağ” Cənubi Afrika Respublikasının “Mamelodi Sandaunz” klubunda oynayan Xama Billiatın transferindən vaz keçməyib.
Minval.info Fanat.az-a istinadən xəbər verir ki, bu barədə futbolçunun meneceri məlumat verib.
Menecer bildirib ki, “Qarabağ” Zimbabve millisinin üzvü ilə danışıqları davam etdirir: “Onunla bir neçə klub maraqlanır. Bunlardan biri “Los Anceles Qalaksi”di. Billiat “Qarabağ”ın da gündəmindədi və danışıqlar davam edir. O, gələn mövsüm CAR-da qalmayacaq. Çox güman ki, “Qarabağ”da oynayacaq”.
“Los Anceles Qalaksi” ABŞ-ın ən güclü klublarından biridi. Komandanın heyətində Eşli Koul, Conatan Dos Santos, Covanni Dos Santos, Emmanuel Boatenq kimi ulduzlar çıxış edir. Los Anceles klubunun bu həftə Zlatan İbrahimoviçlə də müqavilə bağlayacağı deyilir.
“Qarabağ” Billiatı uzun müddətdi transfer etmək istəyir. Qışda “Mamelodi Sandaunz” 2,5 milyon avro tələb etdiyi üçün keçid baş tutmamışdı.
Qeyd edək ki, Billiat karyerasına Zimbabvenin “CAPS Yunayted” klubunda başlayıb. 2010-cu ildə CAR-ın “Ayaks Cape Tovn” klubuna transfer olunub. “Mamelodi Sandauns” onu 2013-cü ildə 690 min avroya transfer edib. Hazırda “Transfermarkt” 27 yaşlı hücumçuya 1,85 milyon avro qiymət qoyub. Billiat “Mamelodi Sandauns”la 2 dəfə CAR çempionluğunu, 1 dəfə ölkə kubokunu, 1 dəfə Afrika Çempionlar Liqasını və 1 dəfə Super Kubokunu qazanıb.
O, 2011-ci ildən Zimbabve yığmasına çağırılır. Bu müddətdə 26 oyun keçirərək 7 qol vurub.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=115969

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930