Rusiyada güclü yanğın: 48 ölü – FOTO,VİDEO

26.03.2018 - 09:27

Rusiyanın Kemerovo şəhərində “Qış albalısı” ticarət mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı 48 nəfərə çatıb.

Bu barədə Rusiya FHN məlumat yayıb.

Yanğın nəticəsində həlak olan 19 nəfərin meyiti məhkəmə-tibbi ekspertizaya göndərilib.

Hadisə zamanı 48 nəfə xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

00:21

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

İndiyədək 43 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı 69 nəfərin itkin düşdüyü təsdiqlənib.

25.03.2017 23:49

Rusiyanın Kemerovo şəhərində yerləşən “Qış albalısı” ticarət və əyləncə mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı artıb.

Yanğın nəticəsində daha beş nəfərin meyiti tapılıb.

Bununla da, ölənlərin sayı 12-yə çatıb.

Xəsarət alanların sayı isə 43 nəfər qədər artıb.

19:53

Rusiyanın Kemerovo şəhərində yerləşən “Qış albalısı” ticarət və əyləncə mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı artıb.

Yanğın nəticəsində beş nəfər ölüb.

Onlardan üçü qadın, biri uşaq, biri isə kişidir.

17:01

Rusiyada ticarət mərkəzindəki yanğında ölənlərdən biri qadındır.

Bu barədə Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko məlumat verib:

“İlkin araşdırmalara görə, yanğın zamanı öləndən 3-ü uşaq və 1-i qadındır. Daha 26 nəfər yaralanıb. Onlar şəhərdəki tibb mərkəzlərinə müraciət ediblər. Bununla yanaşı, FHX əməkdaşlarının yanğının söndürülməsilə bağlı işləri davam edir”.

S.Petrenkonun sözlərinə görə, yanmış cəsədlər oyun meydançasında aşkar edilib.

15.52

Kemerovada yerləşən “Qış albalısı” ticarət mərkəzində baş verən yanğında dörd uşaq həlak olub.

Bu barədə regionun Fövqəladə Hallar Xidmətindən məlumat verilib.

Uşaqlar yanan maddələrin tüstüsündən vəfat edib.

Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, yanğın yuxarı mərtəbədə başlayıb. Belə ki, həmin mərtəbədə kino zal və uşaq oyun meydanları yerləşir.

20 nəfər xilas edilib. 100 nəfər isə təxliyyə olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=116060

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31