Matəm elan edildi: Putin Kemerovoya getdi – VİDEO
Bugündən Kemerov vilayətində 3 günlük matəm elan edilib.
27-29 mart tarixlərini əhatə edən matəmlə bağlı qubernator Aman Tuleyev sərəncam imzalayıb. Matəm günlərində vilayətdəki bütün Rusiya və vilayət bayraqları endiriləcək.
“Qovorit Moskva” radiosunun hadisə yerində olan əməkdaşı isə Putinin Kemerovo şəhərinə gəldiyini bildirib.
Putinin səfəri ilə bağlı rəsmi məlumat hələlik yoxdur.
Qeyd edək ki, Kemerovodakı ticarət mərkəzində baş verən yanğında 67 nəfər həyatını itirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=116173