UEFA-dan avrokuboklarla bağlı – yeniliklər

27.03.2018 - 15:37

UEFA növbəti mövsümdən Çempionlar Liqası və Avropa Liqası ilə bağlı yenilikləri açıqlayıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, əsas dəyişiklik oyun zamanı komandaların

4-cü əvəzetmə hüququnun təsdiqlənməsi ilə bağlıdır. Yeni qayda qrup mərhələsi başa çatdıqdan sonrakı pley-off oyunlarında yalnız əlavə vaxt olduğu təqdirdə tətbiq ediləcək.

Bundan başqa, ÇL və AL-in final oyunu, UEFA Superkubok matçı zamanı sifariş ərizəsinə 23 futbolçunun adı daxil edilməsinə icazə verilib.

Digər dəyişikliyə əsasən, ÇL və Avropa Liqasında qrup mərhələsi başa çatdıqdan sonra klublar avrokuboklarda çıxış etmək üçün heç bir məhdudiyyət olmadan 3 futbolçu sifariş edə biləcəklər. Bu, milli çempionatlarda qış “transfer pəncərəsi” zamanı oyunçuların klublarını dəyişməsi ilə bağlı normativlərə uyğundur.

ÇL və Avropa Liqasında oyunların başlama saatlarında da dəyişiklik olacaq. ÇL-də pley-off, qrup mərhələsi, 1/8, 1/4 və 1/2 final və final matçları Avropa vaxtı ilə saat 21:00-da başlayacaq (hazırkı Bakı vaxtı ilə saat 23:00). Həmçinin, qrup mərhələsinin çərşənbə axşamı və çərşənbə günü baş tutacaq iki görüş saat 18:55-də start götürəcək. Qrup mərhələsinin son turunda bütün oyunlar eyni vaxtda başlayacaq.

Avropa Liqasında qrup mərhələsindən 1/8 finaladək olan görüşər saat 18:55-də və 21:00-da start götürəcək. Hər bir oyunun başlama saatı püşkatmaya uyğun təyin ediləcək. Sonuncu turda hər bir qrupda qarşılaşmalar eyni vaxtda olacaq. 1/4, 1/2 və final matçları 21:00-da başlayacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=116222

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31