Moskvada kütləvi mitinq keçirilib – VİDEO

28.03.2018 - 09:52

Moskvanın Puşkin meydanına uzun illərdir ki, bu qədər insan toplaşmayıb

Oxu.Az “mk.ru”ya istinadən xəbər verir ki,  Kemerovoda “Qış albalısı” TM-də baş vermiş yanğında həlak olmuş qurbanları anmaq üçün, ümumxalq mitinqində on minlərlə insan iştirak edib.

İnsanlar kütləvi şəkildə klassik rus şairinin abidəsi ətrafına axın edir.

Aksiyada müxalif fəalların iştirak etməsinə baxmayaraq,  sakinlərin çoxu səssiz şəkildə abidənin önünə güllər və oyuncaqlar qoyur, həlak olmuş insanlar üçün dualar edir.

OMON qüvvələri təhlükəsizlik məqsədilə ətrafda dəmir çəpərlər quraşdırıb.

Artıq yerli vaxtla 19:00-da Puşkin meydanı tamamilə dolub.

Sosial şəbəkələrdə təşkil olunan aksiyanın əsas tələbi nümayişdə heç bir siyasi təşviqat, şüarlar, siyasi kontekstli plakatlardan istifadə olunmaması olub.

Ancaq bir çox iştirakçılar təşkilatçıların bu tələblərinə məhəl qoymur.

Anım mitinqinə qatılan müxalifət lideri Aleksey Navalnı belə, müxalif fəalları bu fikirdən daşındıra bilməyib.

Jurnalistlərə verdiyi açıqlamada Navalnı Puşkin meydanına təşviqat üçün yox, öz vətəndaşlıq borcunu yerinə yetirmək məqsədilə gəldiyini vurğulayıb.

Xatırladaq ki, Kemerovo şəhərinin TM-də baş vermiş yanğın 64 nəfərin həyatına son qoyub.

Short URL: http://www.cumhuriyyet.net/?p=116259

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31