Karuana: Bundan daha xoşbəxt ola bilməzdim

28.03.2018 - 15:58

Məlum olduğu kimi, azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun da mübarizə apardığı İddiaçılar Turniri başa çatıb.

Oxu.Az xəbər verir ki, İtaliya millisinin sabiq üzvü, hazırda doğulduğu ABŞ-ı təmsil edən Fabiano Karuana çempion olub.

Ondan bir xal geri qalan Şəhriyar isə II yeri tutub.

Karuana qələbəyə görə çox xoşbəxt olduğunu bildirib:

“Həyəcanlı idim. Son günədək nə baş verəcəyini bilmirdim. Hadisələr bundan daha yaxşı ola bilməzdi. Bir neçə gün əvvəl turnirin artıq əllərimin arasından çıxdığını fikirləşirdim. Ancaq nələrsə sonda tamamilə mənim xeyrimə işlədi. Həqiqətən, bundan daha xoşbəxt ola bilməzdim”.

25 yaşlı idmançı çempionluq yolunda əsas rəqibləri olan Şəhriyar Məmmədyarovun oyununa baxmasından danışıb:

“Nəzarət vaxtına qədər Şəhriyarın oyununa ciddi nəzər yetirə bilmədim. Baxanda isə gördüm ki, artıq tam heç-heçəlik oyundur. Onda qərara aldım ki, öz oyunumu sakitcə sona çatdırım. Əgər qalib mən olmasam, nə etmək mümkün idi?

Bu, böyük bəxtsizlik sayılardı. İdmanda belə hallar da baş verir. Oyunun sonunda heç-heçə etməməyimin səbəbi isə lövhədəki vəziyyətlə bağlı idi. Durum qələbəyə bu qədər yaxın olmasaydı, mən heç-heçə təklif edərdim.

Qrişukun heç bir əks-həmləsi yox idi. Belə bir vəziyyətdə mübarizəni dayandırmaq ayıb olardı. Şəhriyarın oyunu getdiyi müddətdə mən qələbəmə o qədər əmin deyildim. Lakin Məmmədyarovla Kramnikin partiyası qurtardıqda artıq uğuruma qəti şəkildə inanırdım”.

Fabiano Karuana Böyük Britaniyanın paytaxtı Londonda 9-28 noyabrda Maqnus Karlsenlə 12 oyun keçirəcək. Qalib dünya çempionu tituluna yiyələnəcək. Karuana hələ həmin görüşlər haqda düşünmədiyini bildirib:

“Karlsenlə oyuna hələ çox var. Buna çox ciddi hazırlaşacağam. Ora yaxşı hazırlaşıb gedəcəyəm. Gərgin mübarizə olacaq, lakin hazırda bu haqda heç düşünmürəm”.

Qeyd edək ki, Fabiano Karuana ABŞ-dan dünya çempionu olmağa yaxın üçüncü şahmatçıdır. 1975-ci ildə Bob Fişer çempion olsa da, 1996-cı ildə Qata Kamski rusiyalı Anatoli Karpova 20 matçlıq seriyada uduzub.

Short URL: http://www.cumhuriyyet.net/?p=116320

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31