İstanbul boğazı bağlandı
İstanbul boğazında gəmilərin gediş-gəlişi dayandırlıb
Axar.az xəbər verir ki, buna səbəb ərazidə güclü duman qatının müşahidə olunmasıdır. Bildirilib ki, yerli vaxtla 15:00-dan etibarən boğaz bağlanıb.
Hərəkətin yenidən bərpası ilə bağlı məlumat yoxdur.
Qeyd edək ki, sonuncu dəfə fevralın 23-də duman səbəbindən gəmilərin hərəkətinə məhdudiyyət qoyulmuşdu.
Short URL: http://www.cumhuriyyet.net/?p=116349