Bu gün “Yuventus” və “Real” üz-üzə gələcək

03.04.2018 - 10:21

Bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin ilk oyunları start götürəcək.

“Report” xəbər verir ki, ilk oyun günündə biri İtaliyada, digəri isə İspaniyada olmaqla iki matç baş tutacaq.

Turində yarışın ötənilki finalçıları – “Yuventus”la “Real Madrid” qarşılaşacaq. “Qoca sinyora” 1/8 finalda İngiltərə təmsilçi “Tottenhem”i mübarizədən kənarlaşdırdığı halda, “Kral klubu” Fransa çempionu PSJ-nin yolunu kəsib.

Meydan sahiblərinin heyətində Mehdi Benatiya və Miralem Pyaniç cəza, Federiko Bernardeski isə zədə üzündən meydana çıxa bilməyəcək. Aleks Sandro ilə Mario Mancukiçin durumu isə sual altındadır. “Real Madrid” düşərgəsində ciddi itki yoxdur. Yalnız zədəli Naçonun oynayıb-oynamayacağı dəqiq bilinmir.

Günün digər qarşılaşması Əndəluziyada “Sevilya” ilə “Bavariya” arasında olacaq. Avropa Liqasındakı nailiyyətləri ilə ad çıxaran meydan sahibləri anoloji uğuru qitənin ən nüfuzlu klub turnirində də qazanmaq istəyirlər. Sonuncu dəfə 2012/13 mövsümündə ÇL-in qalibi olan münhenlilər isə növbəti dəfə kuboku muzeylərinə aparmağı hədəfləyiblər.

İspanlar 1/8 finalda İngiltərə təmsilisi “Mançester Yunayted”dən güclü olublar. Almanlar isə Türkiyə çempionu “Beşiktaş”ı üstələyiblər.

“Sevilya”da Ever Baneqa cəzalı, Xesus Navas izə zədəlidir. “Bavariya” isə uzum müddətdir zədəli olan Manuel Noyerlə Kinqsli Komanın xidmətindən yararlana bilməyəcək.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki ilk oyunu aprelin 4-də keçiriləcək. “Liverpul” “Mançester Siti”ni, “Barselona” isə “Roma”nı qəbul edəcək.

Çempionlar Liqası, 1/4 final, ilk oyunlar

3 aprel

22:45. “Yuventus” (İtaliya) – “Real Madrid” (İspaniya)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

22:45. “Sevilya” (İspaniya) – “Bavariya” (Almaniya)

Baş hakim: Daniele Orsato (İtaliya)

Short URL: http://www.cumhuriyyet.net/?p=116682

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728