Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib – NƏTİCƏLƏR
Avropa Liqasında 1/4 həyəcanı start götürüb. Apasport.az saytının məlumatına görə, mərhələnin ilk oyunları çərçivəsində 4 qarşılaşma baş tutub.
Keçirilən bütün matçlarda meydan sahibləri qələbə qazanıb. Rusiya MOİK-ini sınağa çəkən “Arsenal” İngiltərədə böyükhesablı qələbə qazanıb – 4:1.
“Latsio” da qələbəni 4 qolla qazanıb. İtaliya təmsilçisi Avstriya “Zalsburq”undan güclü olub – 4:2.
22-ci saniyədə hesabı açan “Atletiko” 2 cavabsız qola sevinib. İspaniya təmsilçisi evdə Portuqaliya “Sportinq”indən güclü olub.
Almaniyada baş tutan “Leyptsiq” – “Marsel” matçının taleyini 1 qol həll edib. Fransalıların qapısına fasilə öncəsi yol tapan meydan sahibləri qələbə qazanıb.
Avropa Liqası
1/4 final (ilk oyunlar)
5 aprel
“Arsenal” (İngiltərə) – MOİK (Rusiya) – 4:1
Qollar: Remsi, 9, 28, Lakazet, 23 (p.), 35 – Qolovin, 15
“Atletiko” (İspaniya) – “Sportinq” (Portuqaliya) – 2:0
Qollar: Koke, 1, Qrizman, 40
“Latsio” (İtaliya) – “Zalsburq” (Avstriya) – 4:2
Qollar: Luliç, 9, Parolo, 48, Andersen, 74, İmmobile, 76 – Berişa, 30 (p.), Minamino, 71
“Leyptsiq” (Almaniya) – “Marsel” (Fransa) – 1:0
Qol: Verner, 45
Short URL: http://www.cumhuriyyet.net/?p=116992