Niyə kitab oxuyaq?
07.04.2018 - 10:58
Texnologiya inkişaf etdikcə kağız kitablara olan maraq və tələbat azalır. Kağız kitablardansa elektron kitablar daha ucuz başa gəlir.Bunun üçün üstünlüyü elektron kitablara verirlər. Amma elektron kitablar gözlərə ziyan olmaqla yanaşı həm də zehni daha tez yorur.
Alimlər hesab edirlər ki, kitab oxumaq insanlar üçün olduqca faydaladır.
Moderator.az kitabların insanlar üçün faydalarını təqdim edir:
1. Hər kitab sizə başqa həyatlar, başqa insanlar, başqa xarakterlər haqqında yeni baxış bucağı qazandıracaq. Beləcə daha açıq fikirli bir insan olacaqsınız.
2. Daimi kitab oxumaqla siz fərqli mədəniyyətləri öyrənmiş olacaqsınız.
3. Sıxıntılı olduğunuz anlarda kitab oxuyun. Çünki, kitab sıxıntını aradann qaldırır.
4. Kitablar məlumat bazanızı zənginləşdirəcək.
5. Daimi olaraq kitab oxuyan insanın söz ehtiyyatı zənginləşir.
6. Kitab oxumaqla həm də yaradıcılığınızı da inkişaf etdirmiş olacaqsınız.
7. Edilən elmi araşdırmalar nizamlı kitab oxumağın beyində yeni neyron əlaqələri meydana gətirdiyini göstərir. Bu da sizin daha ağıllı bir insan olmağınız deməkdir.
8. Kitab oxumaq təklik ilə əlaqədar pis düşüncələrinizi ortadan qaldıracaq. Əksinə yalnızlığınızı sevməyə başlayacaqsınız.
9. Çünki kitablar varkən əslində yalnız deyilsiniz.
10. Çox oxumaq sizə müəyyən kütlə içində sıxılmadan istənilən mövzu haqqında danışmağa yardımcı olacaq.
Araşdırmalar göstərir ki, nizamlı olaraq kitab oxumaq yaddaşı gücləndirir.
11. Daha diqqətli olacaqsınız.
12. Davamlı kitab oxumaq sizə kitab oxumaq vərdişi qazandıracaq. Bu da öz növbəsində təhsil aldığınız müddətdə dərslərinizə daha çox zaman ayırmağınıza kömək olacaq.
13. Davamlı kitab oxumaq sizi gözəl natiq də edə biləcək.
14. Kitab oxumaq həm də səbirli olmağı öyrədir.
15. Sıx və yorucu bir günün ardından sevdiyiniz kitabdan bir şeiri oxumaq belə stressinizi azaldacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=117070