Çempionlar Liqasında oyunun taleyi 90+8-də həll oldu: Ronaldo rekord vurdu… – VİDEO
Dünən futbol üzrə Çempionlar Liqasının 1/4 mərhələsinə yekun vuruldu.
Minval.info xəbər verir ki, “Real Madrid” İspaniyada “Yuventus”la qarşı-qarşıya gəlib. Matçın ilk dəqiqələrində qonaqların qol vurması oyunun axarını dəyişib. Belə ki, ardınca meydan sahibləri birinci hissə bitməmiş rəqibin qapısına növbəti dəfə yol tapa bilib. Psixoloji üstünlüyə yiyələnən “Yuve” “Real”ın qapıçısının kobud səhvindən sonra 3-cü qolu vurmağı bacarıb. Lakin “Kral” klubu oyunun sürpriz nəticə ilə bitməsinə imkan verməyib. Zinəddin Zidanın yetirmələri qarşılaşmanın qalan dəqiqələrində hücumların kəsərini artırıb. Nəticədə matçın əsas vaxtına əlavə olunan dəqiqələrdə “Yuventus” cərimə meydançası daxilində qayda pozmaqla qapısını qorumağa çalışıb. Bu isə hakimin penalti təyin etməsi ilə sonlanıb. Topa yaxınlaşan Ronaldo 90+8-ci dəqiqədə hədəfi dəqiq nişan alıb.
Bu, Ronaldunun “Yuventus”la görüşlərdə vurduğu 10-cu qol olub. Portuqaliyalı futbolçu eyni komandaya 10 qol vuran ilk futbolçu kimi tarixə düşüb.
Günün digər qarşılaşması Almaniyada “Bavariya” ilə İspaniyanın “Sevilya” komandaları arasında keçirilib. Matçda hesab açılmasa da, iki oyunun nəticəsinə görə növbəti mərhələyə almanlar vəsiqə qazanıb.
“Real Madrid” (İspaniya) – “Yuventus” (İtaliya) – 1:3
Qollar: Kriştianu Ronaldu, 90+8 – Mario Mancukiç, 2; 37. Bleyz Matüidi, 61
Qırmızı vərəqə: Canluici Buffon, 90+3 (“Yuventus”)
Baş hakim: Maykl Oliver (İngiltərə)
İlk oyun – 3:0
“Bavariya” (Almaniya) – “Sevilya” (İspaniya) – 0:0
Qırmızı vərəqə: Xoakin Korrea, 90+2 (“Sevilya”)
Baş hakim: Uilyam Kollam (Şotlandiya)
İlk oyun – 2:1
Short URL: http://www.cumhuriyyet.net/?p=117292