Lavrov: “Rusiyanı “yanlış” prezident seçdiyinə görə cəzalandırırlar”

17.04.2018 - 10:22

ABŞ rusiyalıları dövlət başçısını “yanlış” seçdiklərinə görə  cəzalandırmaq istəyir.

 

APA-nın məlumatına görə, bunu BBC-yə müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

 

“Onlar deyirlər ki, guya sanksiyalar sadə rusiyalılara qarşı yox, yalnız siyasətçilər, hərbçilər və oliqarxlara qarşı tətbiq edilir. Bu yalandır. Onların arzusu, mən bunu görürəm, minlərlə, on minlərlə, yüz minlərlə rusiyalını təşvişə salmaqdır. Rusiyalıları dövlət başçısını “yanlış” seçdiklərinə görə  cəzalandırmaq istəyirlər”, deyə S.Lavrov qeyd edib.

 

Onun sözlərinə görə, İkinci Dünya Müharibəsindən başlayaraq Rusiya iqtisadiyyatı bir çox sınaqlardan keçib: “Rusiya sanksiyalara davam gətirəcək. Narahat olmayın, biz davam gətirəcəyik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=117534

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728