Şimali Koreya nüvə sınaqlarını dayandırdı

21.04.2018 - 10:56

Koreya yarımadasında sülh əldə olunması üçün daha bir addım atılıb.

Oxu.Az KCNA-ya istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In artıq nüvə və raket sınaqlarına ehtiyac olmadığını açıqlayıb.

Bununla nüvə sınaqları dayandırılıb. Şimali koreya ordusu 21 apreldən etibarən raket atışları həyata keçirməyəcək.

Punggye-ri nüvə sınağı meydanı bağlanıb.

Şimali koreya lideri bölgədəki gərginliyin azalması üçün əlindən gələni əsirgəməyəcəyini ifadə edib.

Qərar iqtidardakı Koreya Fəhlə Partiyasının iclasında qəbul edilib.

ABŞ prezidenti Donald Tramp Şimali Koreya liderinin nüvə silahı ilə bağlı qərarını alqışlayıb. O, “Twitter”də paylaşım edərək bu məsələyə münasibət bildirib:

“Bu, Şimali Koreya və dünya üçün çox gözəl xəbərdir – böyük irəliləyişdir. Zirvəmizi dörd gözlə gözləyirik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=117836

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930