Ermənistan hökuməti Paşinyanla danışıqları dayandırdı

25.04.2018 - 09:56

Müxalif lider Nikol Paşinyan və baş nazir səlahiyyətlərinin icraçısı Karen Karapetyan arasında danışıqlar ləğv edilib

Virtualaz.org yerli KİV-ə istinadla bildirir ki, bu barədə məlumatı Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının mətbuat katibi Tiqran Avinyan yayıb.
O bildirib ki, danışıqların nə vaxt baş tutacağı bilinmir.
Avinyan bildirib ki, Paşinyan danışıqların elan edildiyi istiqamətdə getməsini tələb edir: “Yəni hakimiyyətin dinc yolla təhvil verilməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi. Həmçinin Respublika Partiyasından heç kim müvəqqəti hökumətə rəhbərlik edə bilməz.
Respublika Partiyası isə məsələnin bu cü qoyuluşuna qarşıdır”.
Qeyd edək ki, bundan öncə N.Paşinyan Respublika Partiyasının heç bir üzvünün baş nazir ola bilməyəcəyini bildirmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=118000

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728