Dağıstanda 11 İŞİD tərəfdarı zərərsizləşdirilib

27.04.2018 - 10:36

Dərbənddə 21 və 24 aprel tarixlərində İŞİD terror təşkilatının 11 tərəfdarı zərərsizləşdirilib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik (FTX) Xidməti İctimai Əlaqələr Mərkəzi məlumat yayıb.

2018-ci ilin 21 və 24 aprel tarixlərində Dərbənddə hazırda Suriyada olan İŞİD lideri Əbubəkr əl-Bağdadiyə sədaqət andı içmiş quldur dəstəsinin 11 üzvünün cinayətkar fəaliyyətinin qarşısı alınıb. Onlar Dərbənddə hüquq-mühafizə orqanları əməkdaşları və dövlət orqanları nümayəndələrinə qarşı rezonans doğuracaq sui-qəsdlər etməyi planlaşdırıblarmış.

FTX-dən verilən məlumata görə, hazırda əks-terror əməliyyatı rejimi tətbiq edilib. Yaraqlılar saxlanılan zaman müqavimət göstəriblər və cavab atəşi ilə öldürülüblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=118151

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728