Ulduz falı: rəğbət qazanasınız

07.05.2018 - 09:21

QOÇ – Başqalarının adınızdan istifadə etməsinə imkan verməyin. Çalışın ki, öz işinizə özünüz qərar verəsiniz. Səhhətinizə fikir verməyi tövsiyə edən ulduzlar varlanacağınızı da bildirir. Amma səfərə çıxmayın.

BUĞA – Gücünüzü potensialınızın inkişafına yönəldin. Hər bir məsələdə mövqeyinizi açıq göstərməyə çalışın. Həlledici məqamlarda tərəddüd etmək və ya qapalı olmaq ziyanlıdır.

ƏKİZLƏR – Öz düşüncənizin mütləq doğru olduğunu zənn etməyin. Sizin kimi insanlar üçün kənar məsləhətlər əksər hallarda effekt verir. Bunu anlayın ki, nicat tapasınız. Bu gün qazanmaq ehtimalınız yüksəkdir.

XƏRÇƏNG – Məsləhət görərdik ki, zehni işlərinizi azaldıb daha çox dincələsiniz. Fəaliyyətə isə ümumiyyətlə ara verin. Günün ikinci yarısını ailə-sevgi münasibətlərinə həsr edin.

ŞİR – Maraqlı görüşləriniz gözlənilir. Ola bilsin ki, həsrətində olduğunuz şəxslərlə rastlaşasınız. Saat 14-17 arası yeni işlərlə bağlı səmərəli sövdələşmələriniz də mümkündür.

QIZ – Büdcənizdə artım etmək üçün imkan qazana bilərsiniz. Bu səbəbdən də alacağınız əmanətləri əldə etmək üçün ciddi addımlar atmalısınsz. Bu gün “çağrılmamış qonaq” rolunda çıxış etməyin.

TƏRƏZİ – Yaxşı bir gün yaşayacaqsınız. İlahi qaydaları pozmadığınız təqdirdə bütün proseslərdən qazancla çıxacaqsınız. Bir qədər fəlsəfə və psixologiyaya vaqif olun ki, rəğbət qazanasınız.

ƏQRƏB – Göy qübbəsi süstlük içində olduğunuzu göstərir. Amma ümidsizləşməməli, həyata daha nikbin nəzərlərlə baxmalısınız. Kollektiv şəkildə mənəvi istirahət etmək istəyirsinizsə, tələsin.

OXATAN – Əgər səhhətiniz qaydasındadırsa, başqa məsələlərdə nigarançılıq çəkməyəcəksiniz. Nahar ərəfəsində aldığınız dəvətlərdən imtina etməyə çalışın. Qiymətli əşyalarınızı bərk-bərk qoruyun.

OĞLAQ – Maddi rifahınız normal olsa da, münasibətlər zəminində müəyyən sıxıntılarla üzləşə bilərsiniz. Bu isə son vaxtlar güzəştə getməməyinizdən doğur. Nahardan sonra mənəvi istirahətə yer verin.

SUTÖKƏN – Adətən ilin bu ərəfəsində Ay sizin bürcdə olanda mütləq səhhətlə bağlı problemlə üzləşirsiniz. Bunu nəzərə alıb qeyri-ənənəvi işlərdən uzaq olun. Yalnız səfərə çıxmaq uğurludur.

BALIQLAR – Gələcək perspektivlərlə bağlı apardığınız bütün sövdələşmələriniz uğurlu olacaq. Odur ki, istənilən görüşdən imtina etməməlisiniz. Bu təqvim alqı-satqı üçün də düşərli ola bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=118465

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728