Mədinədə KİLSƏ TİKİLƏCƏK – Kralla Papa RAZILAŞDI

07.05.2018 - 10:28

Səudiyyə Ərəbistanı ilə Vatikan arasında bu yaxınlarda imzalanan əməkdaşlıq müqaviləsinin detalları bu gün mediaya açıqlanıb.

Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanda keçən ay Vatikanın “Dinlərarası Dialoqun”da imzalanan əməkdaşlıq müqaviləsinə görə, Vatikan rəsmiləri Həzrət Məhəmməd Peyğəmbərin qəbrinin yerləşdiyi Mədinə şəhərində kilsə inşa etdirəcək.

Kilsənin Mədinənin hansı hissəsində inşa ediləcəyinə dair rəsmi açıqlama verilməyib.

Görüş zamanı Fransız Kardinal Jan-Lui Tauran məsələ ilə bağlı danışarkən bildirib ki, Səudiyyə Ərəbistanı səfəri zamanı Kral Salman bin Əbdüləziz ilə görüşüb:

“Səfər zamanı, məktəblərdə müsəlman və qeyri-müsəlmanlarla görüşdük. Burada xristianların ikinci təbəqədən bir insan kimi qəbul edilmədiklərinin şahidi oldum. İnsanlara yanaşma tərzindən məmnun qaldım. Kralla razılığa gəldik ki, burada kilsənin tikilməsi ölkəyə yeni bir imic qazandırmağa kömək edəcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=118469

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728