“Viaqra”nı tarixə qovuşduran İNANILMAZ KƏŞF: Cəmi 1 iynə ilə

19.05.2018 - 12:15

Danimarkanın elm adamları cinsi əlaqə zamanı ereksiyanın disfunksiyasını yaradan amillərlə bağlı önəmli kəşfə imza atıb.

Mütəxəssislər kəşf etdikləri bir iynə ilə yaranan problemi ortadan qaldırmağı bacarıb.

20 milyon kök hüceyrədən istifadə edərək düzəldilən bir inyeksiya yaxın gələcəkdə kişilərdə ereksiya olmaması probleminə çarə ola və “Viaqra” kimi dərmanların kökünü kəsə bilər.

“The Sunday’s Times” dərgisində yer alan xəbərə görə, bu müalicə üsulu “Viaqra”dan fərqli olaraq, qan damarlarını və sinirləri canlandırır.

Lakin yeni müalicə metodunun uzunmüddətli təsirlərini anlamaq üçün daha çox araşdırmaya ehtiyac var.

Araşdırmaya başçılıq edən Danimarka Regenerativ Tibb Mərkəzinin direktoru, professor Soren Şeyx əldə etdikləri bilgiləri Avropa İnsan Törəmə və Embriologiya Dərnəyinin iyul ayında İspaniyada təşkil ediləcək toplantısında təqdim edəcəklərini deyib.

Araşdırmaların əsas hədəfi xərçəng xəstəliyinə tutulduğu üçün prostat vəziləri götürülən kişilərə yardım etməkdir. Komanda bildirib ki, kök hüceyrə müalicəsi ürək xəstəliyi olan və ya qocalmanın təsiri ilə ereksiya disfunksiyası yaşayan kişilər üçün tətbiq ediləcək.

ABŞ Milli Diabet, Həzm və Böyrək xəstəlikləri Universitetinin hesabatına görə, təkcə bu ölkədə 30 milyon kişi ereksiya problemi yaşayır./publika.az

Short URL: http://www.cumhuriyyet.net/?p=119083

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728