Maduro yenidən Venesuelanın prezidenti seçilib

21.05.2018 - 10:04

Venesuelanın dövlət başçısı Nikolas Maduro bazar günü keçirilən prezident seçkilərində 5,8 milyon seçici səsi (səslərin 68 faizi) toplayaraq qalib gəlib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Seçki Şurasının rəhbəri Tibisay Lusena bildirib.

“Seçkilərdə iştirak etmiş 46,01 seçici bülletenlərinin 92,6 faizinin hesablanmasından sonra Maduronun 5823718 səs, Enri Falkonun 1 820 552 seçici səsi, Havyer Bertuççinin 925 min səs topladığını deyə bilərik”, – deyə Lusena bildirib.

Bu mənada Maduro 2025-ci ilə qədər dövlət başçısı vəzifəsində qalacaq.

***06:54

Venesuelanın hazırkı dövlət başçısı Nikolas Maduro bazar günü keçirilən prezident seçkilərində rəqiblərini üstələyib.

Bu, Milli Seçki Şurasının ilk göstəricilərində əksini tapıb.

Rəsmi məlumatlara görə, o, 5,8 milyon seçici səsi toplayıb. Maduronun rəqibi Enri Falkona isə 1,8 milyon seçici səs verib. Digər namizəd Havyer Bertuççi 925 min seçicinin səsini qazanıb. Prezidentliyə daha bir iddialı Reynaldo Kixaduya isə cəmi 34,6 min nəfər səs verib.

Artıq seçki bülletenlərinin 92 faizi hesablanıb. Seçkilərdə ölkə üzrə qeydə alınmış seçicilərin 46 faizi iştirak edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=119120

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930