ABŞ və Şimali Koreya liderləri yekun sənəd imzalayıblar-VİDEO
ABŞ Prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Sinqapurda keçirdikləri görüşün yekunu üzrə sənəd imzalayıblar.
Cumhuriyyet.net Trend-ə istinadən xəbər verir ki, K.Ç.In yekun sənədin imzalanmasını “yeni start” adlandırıb.
09:50
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla sənəd imzalayacağını bəyan edib.
Cumhuriyyet.net Trend-ə istinadən xəbər verir ki, bununla belə, o hansı sənəddən söhbət getdiyini açıqlamayıb.
ABŞ Prezidenti qeyd edib ki, K.Ç.Inla görüşdə böyük irəliləyiş əldə olunub və görüş gözlənildiyindən də yaxşı keçib.
Öz növbəsində, Koreya Xalq Demokratik Respublikasının rəhbəri bildirib ki, D.Trampla sıx əməkdaşlıqda maraqlıdır. O, Pxenyan və Vaşinqtonun problemlərin öhdəsindən gələ biləcəyinə ümid etdiyini deyib.
Qeyd edək ki, liderlər arasında tarixi görüş Sinqapurun Sentosa adasında keçirilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=120343