Rusiyada UNO çaxnaşması: Futbol izləməyə gələnlər… – Foto
Dünya çempionatına ev sahibliyi edən Rusiyada uçan naməlum obyektlərə (UNO) bənzər görüntülər çaxnaşma yaradıb. Teleqraf.com xəbər verir ki, turistlər UNO-ları telefonla çəkməyə çalışıblar.
Səmadakı qeyri-adi cismlərin şəkillərini turistlər sosial mediada paylaşıblar. Sosial şəbəkələrdə geniş yayılmış görüntülər mətbuatın da diqqətini çəkib. Rusiya Kosmik Agentliyi səma cismlərinin UNO olmadığı barədə açıqlama yayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=120552