Ukrayna ordusu Donbasda hücuma keçdi

21.06.2018 - 09:48

Ukraynanın hərbi birləşmələri hazırda separatçıların nəzarətində olan Luqansk vilayətinə iki kilometrə qədər irəliləyib

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Birləşmiş Qüvvələri Əməliyyat Qərargahı mətbuat mərkəzinin “Facebook” səhifəsində məlumat yayılıb.
Hərbi komandanlıq əməliyyatın separatçı yaraqlıların Jelobok kəndi yaxınlığındakı ordu mövqelərinə yaxınlaşmasından sonra həyata keçirildiyini açıqlayıb. Qərara alınıb ki, təhlükəsiz zolaq yaratmaq məqsədilə mövqelər daha irəli çəkilsin.
Əməliyyat iki həftə ərzində aparılsa da, mətbuatdan gizli saxlanılıb.
“Birinci eşelon briqadalarından birinin müdafiə sahəsində iki kilometrə qədər dərinlikdə təhlükəsiz zolağın yaradılması məqsədilə kompleks tədbirlər həyata keçirilib”, -deyə məlumatda qeyd olunur.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=120625

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930