Melania Trampın gödəkçəsi ABŞ-ı qarışdırdı – Fotolar

22.06.2018 - 17:13

Açıqlama Donald Trampdan gəldi

Amerikada ölkəyə qeyri-qanuni girən qaçqın uşaqlarının valideynlərindən ayrılması mübahisələri davam edir.
Musavat.com dünya mediasına istinadən xəbər verir ki, bu mübahisələr zamanı Amerika prezidenti Donald Trampın həyat yoldaşı Melania Tramp qaçqın uşaqlarının qaldığı bir məkanı ziyarət edib. Birinci ledinin ziyarət zamanı geyindiyi gödəkçə isə mübahisə yaradıb.
M.Tramp Teksasın McAllen bölgəsində qaçqın uşaqların qaldığı bir təsisə sürpriz ziyarət edib. Burada media mənsublarına açıqlamalar verən Melania Tramp ictimaiyyətdə dartışmalara səbəb olan “qaçqın uşaqların valideynlərindən ayrılması” ilə bağlı tətbiqetmənin nəticələrini yerində görmək üçün Teksasa gəldiyini deyib. Yetkililərdən məlumat alacağını vurğulayan Tramp “Ailələrindən ayrılan uşaqların ən sürətli şəkildə yenidən valideynləri ilə bir araya gələ bilməsi üçün nə edə biləcəyimi soruşmağa gəldim” söyləyib.
Bundan başqa, Amerikan mediasında yer alan xəbərlərdə, qaçqın uşaqların ailələrindən ayrılmasına səbəb olan bu sistemdən vaz keçməsində Melania ilə qızı İvankanın da ciddi təsir gücünə malik olduğu iddia edilib.
Sözügedən xəbərlərdə həmçinin qeyd edilib ki, sözügedən xəbərlərdə dünən bir prezidentlik qərarnaməsi imzalayaraq, qaçqın uşaqların ailələri ilə bir yerdə qalması istiqamətində təlimat verən Tramp bununla da ölkədə özünə rəğbət qazanıb. Bununla paralel, M.Trampın ziyarət zamanı geyindiyi gödəkçənin kürək hissəsində “Həqiqətən də vecimə deyil. Bəs sənin?” sözlərinin yazılması da diqqət çəkib.
Melania Trumpın ceketi ABDyi karıştırdı Açıklama  Donald Trumptan geldi
Cəmiyyətin bəzi nümayəndələri bu mesajın qaçqın uşaqlarına ünvanlandığını dediyi halda, Donald Tramp mövzu ilə bağlı Tvitter hesabından açıqlama verib və aşağıdakıları yazıb: “Melanianın gödəkçəsinin arxasında yazılan “həqiqətən də vercimə deyil. Bəs sənin?” yazısı saxta medianın xəbərlərinə bir mesajdlr. Melani onların nə qədər ikiüzlü olduqlarını anladı və onlara artıq gerçəkdən əhəmiyyət vermir”.
Qaçqın mübahisələri davam edərkən Ağ Sarayda kabinetini toplayan Tramp qaçqınlarla bağlı yeni qanuni tənzimləmə edilmədiyini, bunun da demokratların problemi olduğunu deyib. “Onlar uşaqlara önəm vermirlər.
Demokratların bu mövzuda heç bir fikri yoxdur” qiymətləndirməsini edən Tramp eyni zamanda aşağıdakıları deyib: “Bu ölkədə qaçqınlıqla bağlı bir şeylər edə bilməmiz, qanuni bir addım ata bilməmiz lazımdır”.
Tramp eyni zamanda Meksika hakimiyyətinin də sözügedən qaçqınlar məsələsində heç bir şey etmədiyini bildirib: “Meksika bizim üçün heç bir şey etmir. Qaçqınlar Meksikadan eləcə rahatlıqla keçib gəlirlər. Sanki Central Parkda gəzirmiş kimi”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=120699

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930