İspaniyada “rus mafiyası” liderlərinin həbsi

06.08.2018 - 00:48

İspaniya Milli polisi Marbelye şəhərindəki restoranlardan birində “rus mafiyası” liderlərinə qarşı əməliyyat keçirib. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyat zamanı “rus mafiyası”nın liderlərindən biri və iki “vor zakon” həbs edilib. Bu əməliyyat İspaniya polisinin mütəşəkkil cinayətkar qruplaşmalara qarşı davam etməkdə olan təqibləri çərçivəsində keçirilib.

Müstəntiqlər saxlanılanlardan birinin dünya miqyasında “rus mafiyasının” üçüncü adamı olduğunu deyirlər. Lakin onların kimliyi açıqlanmır. Saxlanılanların girov əvəzində sərbəst buraxılması hüququ əlindən alınıb, çünki söhbət kifayət qədər təhlükəli cinayətkarlardan gedir. “RİA Novosti” bildirir ki, həbs edilənlər Rusiya vətəndaşları deyilir. Onlardan biri-A.S. Ermənistan vətəndaşıdır, ancaq Litvada yaşayır. İ.P. və L.B. adlı qalan ikisi isə Gürcüstan vətəndaşlarıdır. İspaniyada keçmiş sovet respublikalarından olan kriminal elementlərin qruplaşmalarına adətən “rus mafiyası” deyirlər.

Saxlanılanların üzərindən saxta snədlər tapılıb. Müstəntiqlər bildirir ki, şübhəlilər İspaniyada yeni mütəşəkkil qruplaşma yaratmaq, Rusiyadan bu ölkəyə gəlişi gözlənilən rəqiblərini aradan götürmək istəyiblər. Onlara qarşı adam öldürməyə cəhd və saxta sənədlər əldə etmə ittihamları irəli sürülüb. (Virtualaz.org)

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=121565

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031