ABŞ-dan İrana ZƏRBƏ – Fəlakət ssenarisində İLK PƏRDƏ AÇILDI

06.08.2018 - 10:27

ABŞ bu gündən İrana qarşı genişmiqyaslı sanksiyaları bərpa edir. Publika.az “RİA-Novosti”yə istinadən xəbər verir ki, sövdələşməyə əsasən, sanksiyaların geri qaytarılması mexanizmi İran tərəfidən yalnız razılaşmaları pozacağı təqdirdə nəzərdə tutulmasına və bunun baş verməməsinə baxmayaraq, ABŞ bunu birtərəfli qaydada elan edib.
Sanksiyalar daha əvvəl İranın nüvə proqramı üzrə Birgə hərtərəfli iş Planı çərçivəsində dayandırılmışdı. ABŞ mayın 8-də nüvə sazişindən çıxdığını bəyan edb. Ekspertlər artıq ən yaxın həftələrdə xarici müəssisələrə qarşı sanksiyaların tətbiqini proqnozlaşdırırlar. “RİA-Novosti”nin mənbələrinin məlumatına görə, amerikalılar avropalı partnyorlarla danışıqların gedişatında ABŞ-ın hansı sanksiyalar tətbiq edəcəyi barədə heç bir dəqiq cavab verməyiblər.
Beynəlxalq Böhran Qrupunun İran üzrə aparıcı mütəxəssisi Əli Vaez “RİA-Novosti” agentliyinə danışıb ki, avqustun 6-dan tətbiq olunan sanksiyalar qeyri-neft sektoruna və maliyyə sazişlərinə yönəlib. “Daha ağır sanksiyalar noyabrın 4-də tətbiq olunacaq və İranın neft ixracını hədəf alacaq”, – ekspert əlavə edib.
Qeyd edək ki, “Blomberg” agentliyinin məlumatına görə, artıq “Total”, “Maersk”, “Peugeot”, “General Electric”, “Baker Hughes”, “Honeywell”, “Boeing”, “Lukoil”, “Reliance”, “Dover” və “Siemens” kimi nəhənglər İrandan çıxdığını elan ediblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=121569

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930