cumhuriyyet.net
Makqreqor-Nurməhəmmədov döyüşünün biletləri cəmi 3 dəqiqəyə satılıb • Cumhuriyyət
İrlandiyalı Konor Makqreqor və rusiyalı Həbib Nurməhəmmədov arasında “UFC229” turniri çərçivəsində baş tutacaq döyüşün biletləri cəmi 3 dəqiqə ərzində satılıb. TİA.AZ-ın məlumatına görə, biletlərin qiyməti 205-2505 dollar təşkil edib. Döyüş oktyabrın 6-da ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək. Turnirin keçiriləcəyi arena 20 min nəfərlik yer tutumuna malikdir.
nesimi