Çirkli hava intellekt səviyyəsini aşağı salır

28.08.2018 - 14:13
ABŞ və Çindən olan tədqiqatçılar Çində yaşayan 20 min nəfərin riyaziyyat və nitq qabiliyyətini 4 il ərzində nəzərdən keçiriblər.

Cumhuriyyet.net BBC-yə istinadən xəbər verir ki, tədqiqatın nəticəsində məlum olub ki, çirkli hava şəraiti insanların nitq və dərketmə qabiliyyətinə ciddi zərər vurur. Təsirə ən çox məruz qalanlar isə təhsilsiz və yetkin kişilərdir. Onlar açıq hava şəraitində daha çox çalışdıqları üçün çirkli hava ilə daha çox nəfəs alırlar. Bildirilir ki, dünyadakı insanların 91%-i çirkli hava ilə nəfəs alırlar və bu fakt intellekt səviyyəsinin ilbəil düşməsinə səbəb olur.

Hər il 7 milyon insan çirkli havanın yaratdığı xəstəliklərə görə ölür. Çirkli hava həmçinin dementiya, alzheimer kimi xəstəliklərin artmasında rol oynayır.

Short URL: http://www.cumhuriyyet.net/?p=121974

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728