Zaxarçenkonun qətlinin təfərrüatı məlum oldu – VİDEO

01.09.2018 - 11:46

Tanınmamış “Donetsk Xalq Respublikası”nın rəhbəri Aleksandr Zaxarçenkonun qətlinin təfərrüatı məlum olub.

Oxu.Az xəbər verir ki, qondarma respublikanın güc strukturlarındakı mənbə “İnterfaks”a bildirib ki, o, partlayış zamanı aldığı kəllə-beyin travması nəticəsində ölüb.

Bildirilir ki, Zaxarçenko hadisə yerində ölüb.

Müvəqqəti olaraq Zaxarçenkonun səlahiyyətlərini “Donetsk Xalq Respublikası” baş nazirinin müavini Dmitri Trapeznikov icra edəcək.

“RİA Novosti” isə Zaxarçenkonun müşavirinə istinadən məlumat yayıb ki, qətldə şübhəli bilinən şəxslər artıq saxlanılıb.

Öz növbəsində “Moskovski Komsomolets” nəşri Nezıqar teleqram-kanala istinadən yazıb ki, partlayış müğənni İosif Kobzonun xatirəsinə həsr olunmuş mərasimin keçirildiyi restoranda baş verib.

19.56

Donetskdə partlayış nəticəsində tanınmamış “Donetsk Xalq Respublikası”nın rəhbəri Aleksandr Zaxarçenko ölüb.

Partlayış kafedə baş verib.

Eyni zamanda bildirilir ki, partlayış nəticəsində separatçı rejimin gəlirlər naziri Aleksandr Timofeyev yaralanıb.

Qeyd edək ki, A. Zaxarçenko 2014-cü ilin avqustunda “Donetsk Xalq Respublikası”nın Nazirlər Sovetinin rəhbəri seçilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=122165

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728