Ronaldunun oğlu “Yuventus”da qol hesabını açdı – VİDEO
Kriştianu Ronaldunun oğlu “Yuventus”un heyətində debüt edib.
Oxu.Az xəbər verir ki, kiçik Ronaldu Turin klubunun doqquz yaşadək komandasında ilk oyununu keçirib.
Ulduz futbolçunun oğlu debüt matçında poker etməklə (dörd qol vurub – S.M.) komandasının 5:1 hesablı qələbəsində böyük pay sahibi olub.
Qeyd edək ki, oğlundan fərqli olaraq, atası hələ “Yuventus”un əsas komandasında qol hesabını aça bilməyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=122226