UEFA Millətlər Liqasında növbəti oyunlar keçirilib
Millətlər Liqasında I turun növbəti oyunları keçirilib.
“Report” xəbər verir ki, D Liqasında Azərbaycan yığmasının yer aldığı 3-cü qrupun oyununda Farer adaları Maltanı qəbul edib.
Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb – 3:1. Qrupun digər oyununda Azərbaycan Kosovo ilə heç-heçə etdiyindən, ada komandası 3 xalla liderliyi ələ alıb. Kosovo və Azərbaycan hərəyə 1 xalla 2-3-cü yerləri bölüşür. Sonuncu pillədəki Malta isə xalsızdır.
A Liqasının 3-cü qrupunda İtaliya və Polşa yığmaları arasındakı görüşdə qalib müəyyənləşməyib. Meydan sahibləri məğlubiyyətdən penalti qolu ilə yaxa qurtarıblar.
B Liqasında Türkiyə millisi evdə Rusiyaya uduzub. Qonaq komandadan dünya çempionatının tapıntıları Denis Çerışev və Artyom Dzyubanın qolları qarşılığında “ay-ulduzlular”dan Serdar Aziz fərqlənə bilib.
C Liqasının 1-ci qrupunda Albaniya millisi İsraili minimal hesabla yenməyi bacarıb. Meydan sahiblərindən “Qarabağ”ın futbolçusu Ansi Aqolli sonadək ehtiyatda qalıb. 4-cü qrupda Litva eyni hesabla Serbiyaya uduzub. Rumıniya isə Monteneqronun müqavimətini qıra bilməyib – 0:0.
7 sentyabr
A Liqası
3-cü qrup
22:45. İtaliya – Polşa – 1:1
Qollar: Jorjinyo, 78 (p.) – Pyotr Zelinski, 40
B Liqası
2-ci qrup
22:45. Türkiyə – Rusiya – 1:2
Qollar: Serdar Aziz, 41 – Denis Çerışev, 13. Artyom Dzyuba, 49
C Liqası
1-ci qrup
22:45. Albaniya – İsrail – 1:0
Qol: Taulant Caka, 55
4-cü qrup
22:45. Litva – Serbiya – 0:1
Qol: Duşan Tadiç, 38 (p.)
22:45. Rumıniya – Montoneqro – 0:0
D Liqası
3-cü qrup
20:00. Azərbaycan – Kosovo – 0:0
22:45. Farer adaları – Malta – 3:1
Qollar: Yohan Edmundsson, 31. Rene Yonsen, 38. Hallur Hansson, 52 – Maykl Mifsud, 42
Short URL: http://www.cumhuriyyet.net/?p=122455