Nüsrətin restoranından qudurğanlıq: 41 min dollar hesab gəldi, 5 mini xidmət haqqı
Türkiyəli qəssab Nüsrətin Nyu-Yorkdakı restoranında ödənilən 41 min dollarlıq hesab sosial mediada müzakirə mövzusu olub.
Cumhuriyyet.net xəbər verir ki, duzu ətin üzərinə qeyri-adi hərəkətlə səpməsi nəticəsində gündəmə gələn qəssabın Nyu-Yorkdakı restoranına üz tutan bir müştəri hesabın yüksək olmasına etiraz edib. 41 min dollar hesab ödəyən müştəri qəbzin şəklini sosial şəbəkədə paylaşıb.
Müştəri Nüsrətin Nyu-Yorkdakı restoranında 2 şüşə Petrus şərabına 18 min dollar pul verib. Çekdə 5 min 825 dollarlıq xidmət haqqı isə xüsusi diqqət çəkib.
Short URL: http://www.cumhuriyyet.net/?p=122582