Azərbaycanlı milyarderin Bakıda 18 milyon manat xərclədiyi bağı (VİDEO)

01.10.2018 - 13:29
Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovunbağından görüntülər yayılıb.
Cumhuriyyet.net baku.ws-ə istinadən xəbər verir ki, yayılan görüntülər milyarderin Bakının Bilgəh qəsəbəsində, Xəzər sahilində yerləşən iqamətgahından çəkilib.
Qeyd edək ki, İtaliyanın yaşıllaşdırma-landşaft işləri görən “Paghera” şirkəti ilə azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun Bakıdakı nümayəndələri arasında qarşılıqlı ittihamlarla müşayiət olunan qalmaqal yaranıb.
Şirkət, biznesmenin Bakının Bilgəh qəsəbəsində, Xəzər sahilində yerləşən iqamətgahının 6 hektarlıq ərazisində yaşıllaşdırma-landşaft işləri üçün 12 milyon avroluq sifariş alıb.
Lakin 9 milyon avroya yaxın pul ödəniləndən sonra işlərin bir qisminin keyfiyyətsiz görüldüyu, yaxud yarımçıq qaldığı müəyyən olunub. Nəticədə biznesmen italyanlarla əməkdaşlığı dayandırıb.
Əhmədovun hüquqi nümayəndəsi və italyanlarla müqavilədə sifarişçi tərəf qismində çıxış edən Nail Şahverdiyev (“Baku Caspian Real Estate Limited” MMC-nin direktoru) onların barəsində Azərbaycan hüquq-mühafizə orqanlarına müraciət edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=123113

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930