İranda 3 nəfər korrupsiyaya görə edam olunacaq

01.10.2018 - 13:32

İranda 3 nəfər korrupsiya ittihamına görə ölüm hökmünə məhkum edilib.

Cumhuriyyet.net “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin məhkəmə sisteminin rəsmi nümayəndəsi Qulamhüseyn Möhsüni Eceniyə istinadən Press TV məlumat yayıb.

Eceni qeyd edib ki, hazırda Tehranda xüsusi tribunallar 35 “iqtisadi qanun pozucusu” barəsində müxtəlif hökmlər çıxarıb. Onlardan üçü “ölkədə korrupsiyanı yaymağ”a görə ölüm hökmünə məhkum edilib. Daha 32 nəfərə 20 ilədək müxtəlif müddətlərə həbs cəzası verilib.

Eceni bildirib ki, qərarlar icra olunmazdan əvvəl İranın Ali Məhkəməsi tərəfindən təsdiq edilməlidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=123117

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728