Facebook-da 50 milyon istifadəçinin təhlükəsizliyi pozulub

02.10.2018 - 08:54

Facebook bildirir ki, bu yaxınlarda aşkar etdiyi təhlükəsizlik pozuntusu 50 milyon istifadəçini təsirləndirib. Sentyabr-ın 28-də dərc etdiyi bloq postda şirkət bildirir ki, hakerlər Facebook-un “View As” funksiyasına müdaxilə ediblər. Bu funksiya istifadəçilərə öz profillərinin başqaları tərəfindən necə göründüyünə baxmaq imkanı verir.
Facebook bildirir ki, təhlükəsizlik problemini çözməyə çalışır və bu barədə hüquq-mühafizə orqanlarını məlumatlandırıb. Facebook bu proses zamanı 90 milyon istifadəçini platformadan çıxarıb və onlar Facebook-a yenidən daxil olmalı olublar.
Şirkət bildirir ki, kiberhücumun arxasında kimlərin olduğunu bilmir.

Short URL: http://www.cumhuriyyet.net/?p=123174

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930