Paşinyan: “Azərbaycan heç vaxt KTMT-yə daxil olmayacaq”

04.10.2018 - 00:07

Azərbaycan heç vaxt KTMT-yə üzv, hətta müşahidəçi kimi də, olmayacaq – Ermənistan buna imkan verməz. Virtualaz.org “Sputnik Armeniya”ya istinadən bildirir ki, bunu çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə “Hökumət saatı”nda Respublika partiyasından deputat Armen Aşotyanın sualına cavab verərkən deyib.
Paşinyan qeyd edib ki, KTMT-yə yeni ölkələrin daxil olması konsensusla həll edilir və Azərbaycanın bu təşkilata daxil olması ilə bağlı məsələdə Ermənistanın mövqeyi haqda danışmaq artıqdır. “Ermənistan heç vaxt razılaşmayacaq ki, Azərbaycan bizim üçün əsas hərbi-siyasi təşkilatda üzv və ya hətta müşahidəçi olsun”, – Paşinyan bildirib. O, əlavə edib ki, Azərbaycanın KTMT-yə inteqrasiyası haqda istənilən danışıqların heç bir əsası yoxdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=123320

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930