“Belarus əhalisi bu qədər puldan boğula bilərdi”

14.12.2018 - 15:52

Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı jurnalistlərin iştirakilə mətbuat konfransı keçirib.
“AzPolitika” xəbər verir ki, Rusiya ilə əlaqələrin əhəmiyyətindən danışan Lukaşenko jurnalistləri rəsmi Moskvanın Belarusa dəstəyini şişirtməməyə çağırıb.

Prezident Rusiya KİV-lərinin guya Rusiyanın Belarusu “yedirtməsi” ilə bağlı yaydıqları fikirlərlə razılaşmadığını deyib: “Bəziləri hesablayıblar ki, guya müstəqilliyi dövründə Rusiya Belarusa 100 milyard dollar verib. Mən bunları oxuyanda düşünürəm ki, əgər doğrudan da 100 milyard verilibsə, onda Belarus əhalisi bu qədər pul əskinasından boğula bilərdi. Tamamilə cəfəngiyyatdır…”

Əvəzində Belarus prezidenti etiraf edib ki, Rusiya ayırdığı kreditlərlə Belarusa dəstək verir. Lakin bu kreditlərin faiz dərəcəsi Beynəlxalq Valyuta Fondunun təklif etdiyi faizlərdən xeyli yüksəkdir.

Lukaşenkonun sözlərinə görə, Moskvanın ən böyük dəstəyi Belarusa aid təsərrüfat subyektlərinə və ölkə vətəndaşlarına Rusiya vətəndaşları ilə bərabər şəraitin yaradılması olardı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=125555

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930