cumhuriyyet.net
10 aylıq körpə “donuz qripi”ndən ölüb • Cumhuriyyət
Gürcüstanda A (H1N1) virusundan 10 aylıq körpə ölüb. “Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, hadisə bir neçə gün əvvəl bölgələrdən birində qeydə alınıb. Uşaqda qızılca xəstəliyinin olması onun vəziyyətini daha da ağırlaşdırıb. Beləliklə, qonşu ölkədə “donuz qripi”ndən ölənlərin sayı 16 nəfərə çatıb.
nesimi